Modern.az

ABŞ kəşfiyyatının “kölgəsi”nin rəhbəri Rusiya XİN əməkdaşı ilə Qarabağdan nələr danışıb? – TƏFƏRRÜAT

ABŞ kəşfiyyatının “kölgəsi”nin rəhbəri Rusiya XİN əməkdaşı ilə Qarabağdan nələr danışıb? – TƏFƏRRÜAT

Təhsil

22 Dekabr 2014, 12:08


Dekabrın 8-də ABŞ-ın tanınmış “Stratfor” Araşdırmalar Mərkəzinin prezidenti, məşhur politoloq Corc Fridman Moskvaya səfər edib.

Modern.az saytının məlumatına görə analitik səfərinin yekunlarını,  Rusiya iqtisadiyyatı və Kremlin Ukrayna siyasəti haqqında onda yaranan təəssüratları qələmə alıb.

Corc Fridman  Rusiya ekspertləri ilə keçirdiyi görüşlərdən belə nəticəyə gəlib ki, rəsmi Moskva, rublun qiymətinin kəskin şəkildə ucuzlaşması, neftin dünya bazarlarında qiymətinin aşağı düşməsi fonunda Qərbin sanksiyalarına duruş gətirmək potensialına malikdir.  

O görüş keçirdiyi rus  ekspertlərinə istinadən fikrini onunla əsaslandırıb ki, iqtisadi böhran əslində Rusiya üçün normaldır. “Stratfor”un prezidenti rus xalqının böhrana qarşı dözümlü olmasının Rusiya hakim dairələrinə stimul olduğunun vacibliyini də vurğulayıb: “Rusların gücü ondan ibarətdir ki, onlar belə şeylərə dözməkdə bacarıqlıdırlar. Halbuki, bu vəziyyət başqa millətləri sındırardı. Apardığım danışıqlarda o da vurğulanırdı ki, rus xalqı bacarıqlı və ya bacarıqsız olmasından asılı olmayaraq, öz hökumətini bu məsələdə dəstəkləməyə meyllidir”.  

O, Rusiyanın Ukrayna siyasəti ilə bağlı isə belə yazıb:

“Rusiya elə bir hərbi və siyasi gücə malikdir ki, bu, Avropaya da təsir edə bilər. Bu baxımdan  ABŞ və Avropanın Ukrayna öz maraqlarını müdafiə etmək arzusu irrasional deyil. İndi əsas məsələ Ukrayna böhranının Moldova, Baltikyanı ölkələr və Cənubi Qafqaz regionuna (əsasən, Dağlıq Qarabağ münaqişəsi nəzərdə tutulur-red) yayılıb-yayılmayacağı ilə bağlıdır. Mən Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşı ilə bu mövzuya toxundum. O bildirdi ki, Ukrayna münaqişəsi region ölkələrinə yayılmayacaq. Düşünürəm ki, o, səmimi idi”.

Qeyd edək ki, “Stratfor” Qlobal Analitik şirkəti ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin “kölgəsi” kimi tanınır.  

Aqşin Kərimov        

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı