Modern.az

Mədəniyyət və Turizm Nazirliyində yeni rəis təyinatı oldu

Mədəniyyət və Turizm Nazirliyində yeni rəis təyinatı oldu

Təhsil

22 Dekabr 2014, 12:10

Xəbər verildiyi kimi, Azərbaycan Prezidentinin 18 dekabr 2014-cü il tarixli 409 nömrəli fərmanına əsasən Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin bazasında Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılıb.

Modern.az saytı xəbər verir ki, bununla əlaqədar, Mədəniyyət və Turizm Nazirliyinin 19 dekabr 2014-cü il tarixli əmri ilə Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi Sultanov Zakir İmran oğlu tutduğu vəzifədən azad edilib. O, elə həmin tarixdən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
Məlumatı nazirliyin mətbuat xidmətindən veriblər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı