Modern.az

Azərbaycanda 10 nəfər zəhərləndi, 1-i öldü

Azərbaycanda 10 nəfər zəhərləndi, 1-i öldü

Təhsil

22 Dekabr 2014, 14:17


Daxili İşlər Nazirliyi 4 nəfərin dərmandan, 6 nəfərin isə dəm qazından zəhərləndiyi barədə məlumat yayıb. Modern.az saytı DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 20-də Xəzər rayonunun Binə qəsəbəsində yaşayan Layiq Şiriyev, Buzovna qəsəbəsində yaşayan Xalidə Feyzullayeva, Xırdalan şəhərində yaşayan Şəlalə İsmayılova, Hökməli qəsəbəsində yaşayan Aysel Mahmudova dərmandan zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.

Dekabrın 20-də Gəncə şəhərində yaşayanlar - Lalə Məmmədova, İlahə Quliyeva, Gülşən Məmmədova, Ofeliya Məmmədova və onun qardaşı Sirac dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib və ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Dekabrın 20-də Abşeron rayonunun Məhəmmədi qəsəbəsində kirayədə yaşayan Günel Salmanova isə dəm qazından zəhərlənərək ölüb. Araşdırmalar aparılır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı