Dekabrın 21-də Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan Türkiyə vətəndaşı Ayhan Yıldızın evindən 850 manat oğurlanıb. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi rayon Polis İdarəsi 7-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən Ucar rayon sakini Afiyət İslamova saxlanılıb.
Modern.az