Modern.az

KİV-ə Dəstək Fondu jurnalistləri mükafatlandırdı

KİV-ə Dəstək Fondu jurnalistləri mükafatlandırdı

Təhsil

22 Dekabr 2014, 16:51

Dekabrın 22-də Beynəlxalq Mətbuat Mərkəzində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Fondun icraçı direktoru Vüqar Səfərli mərasimdə çıxış edərək bildirib ki, müsabiqə 19 istiqamət əsasında keçirilib. Müsabiqəyə 58 media qurumundan 154 yazı təqdim olunub. Yekunda hər istiqamət üzrə 6 qalib seçilib. Müsabiqədə hər istiqamət üzrə birinci yer üçün 500 manat olmaqla 1, ikinci yer üçün 300 manat olmaqla 2, üçüncü yer üçün 200 manat olmaqla 3 mükafat verilib.

 Fondun budəfəki müsabiqəsindən ümumilikdə 114 nəfər jurnalist faydalana bilib.

Sonra qaliblər mükafatlandırılıblar.

Qeyd edək ki,  fərdi yazı müsabiqəsinin qaliblərini KİVDF-nin  dekabrın 24-də keçirəcəyi tədbirdə iştirak edəcəklər. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə təçkil olunacaq mərasim dekabrın 24-də saat 14:00-da “Altun Saray” restoranında baş tutacaq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı