
“Hazırda araşdırmalar davam edir. Mənim tərəflər baradə hər hansı fikir söyləməyim, araşdırmanın nəticəsinə təsir göstərə bilər”.
Bunu Modern.az saytına bir neçə gün əvvəl qəza keçirdən və hazırda ev şəraitində müalicə alan keçmiş millət vəkili Əlimməməd Nuriyev hadisənin başvermə səbəbinin araşdırılmasına münasibət bildirərkən deyib.
Ə. Nuriyev hazırda özünü yaxşı hiss etdiyini bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Ə.Nuriyev Neftçilər prospektində ağır qəzaya düşüb. Belə ki, Nuriyevin idarə etdiyi “Mitsubişi Pajero” Azadlıq meydanına çatarkən dönmə əməliyyatı edən vaxt onun sol tərəfi ilə ötmə əməliyyatı etməyə çalışan BMV markalı avtomobillə toqquşub. Nəticədə “Pajero” markalı avtomobil aşıb və Ə.Nuriyev başından xəsarət alıb. Onun avtomobili isə tamamilə yararsız vəziyyətə düşüb.
Məltəm TALIBZADƏ