ABŞ prezidenti Barak Obama İkinci Dünya müharibəsində qələbənin 70 illiyinə həsr olunan təntənəli tədbirlərdə iştirak etmək üçün Rusiyaya gəlməyəcək.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ ev yanında Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Mark Stroks bildirib: “Yaxın gələcəkdə prezidentin Rusiyaya səfəri hələ ki planlaşdırılmır”.
Dekabrın 22-də məlum olub ki, Moskva həmin yubiley tədbirlərində iştirak etmək üçün Amerika liderinə dəvətnamə yollayıb.