Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Təhsil

20 Yanvar 2015, 13:50

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə,  yanvarın 21-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti hökm sürəcək, əsasən yağmursuz olacaq, səhər bəzi yerlərdə zəif duman gözlənilir. Mülayim şimal-qərb küləyi cənub küləyi ilə əvəzlənəcək.  Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 0-2, gündüz 8-10 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman gözlənilir, şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 8-10 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı