Modern.az

Semnebi: “Qarabağda toqquşma nəzarətdən çıxa bilər”

Semnebi: “Qarabağda toqquşma nəzarətdən çıxa bilər”

Təhsil

9 Sentyabr 2010, 12:03

Avropa Birliyinin Cənubi Qafqaz üzrə səlahiyyətli nümayəndəsi Piter Semnebi Dağlıq Qarabağda qoşunların təmas xəttində son günlər vəziyyətin gərginləşməsindən narahatdır. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Semnebi bu barədə “Röyter” agentliyinə verdiyi müsahibəsində bildirib. Onun sözlərinə görə, Qarabağda artan  toqquşmalar  nəzarətdən çıxa bilər. Semnebi açıqlamasında vurğulayıb ki, bu yay Qarabağ münaqişə zonasında son iki il ərzində ən ciddi toqquşmalar baş verib. Semnebi xəbərdar edib ki, Dağlıq Qarabağda vəziyyət nəzarətdən çıxa bilər.

“Düşünürəm ki, hər iki tərəf artmaqda olan risk və itkiləri anlayırlar, lakin hər zaman nəyinsə nəzərətdən çıxması təhlükəsi mövcuddur.  Hər iki tərəfdən bir çoxları, məsələn,  hərbçilər qıcıqlanıb. Əgər belə  bir vəziyyətdə nəsə baş versə, onda situasiya asanlıqla  nəzarətdən çıxa bilər və biz buna çox ciddi yanaşmalıyıq”, –deyə Semnebi bildirib.

 Semnebi atəşkəs rejiminin gücləndirilməsi vacibliyini bildirib və buna atəşkəs zonasında daha artıq sayda beynəlxalq müşadəçilərin yerləşdirilməsi yolu ilə nail olmanın mümkünlüyünü deyib.  Onun sözlərinə görə,  ATƏT-in 6 nəfərdən  ibarət monitorinq missiyasının baş verən insidentlərin araşdırılmasında  imkanları məhduddur.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrandan hicab mesajı - Bakı hədəfə alındı