Modern.az

8-9 martda gözlənilən HAVA ŞƏRAİTİ

8-9 martda gözlənilən HAVA ŞƏRAİTİ

Təhsil

7 Mart 2015, 13:13


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az saytına verilən məlumata görə, martın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, axşama doğru bəzi yerlərdə yağıntılı olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyinin güclənəcəyi ehtimal olunur. Havanın temperaturu gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Martın 9-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın arabir yağıntılı olacağı, axşama doğru yağıntının tədricən kəsiləcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 1-3, gündüz 6-8 dərəcə isti olacaq.

Martın 8-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, əsasən şimal və şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyinin güclənəcəyi ehtimal olunur.
Havanın temperaturunun gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Martın 9-da hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-3, gündüz 3-6 dərəcə isti, dağlarda gecə 3-7, yüksək dağlıq ərazilərdə 12-17, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı