Nəsimi rayonu ərazisində (C.Məmmədquluzadə küçəsi) 700 mm diametrli magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Nəsimi, Yasamal və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsi dayandırılıb.
Bu barədə Modern.az-a məlumatı “Azərsu”dan verilib.Verilən xəbərdə bildirilir ki, təmir işləri ilə əlaqədar 24 saat ərzində bu ərazilərə suyun verilməsi dayandırılacaq.
Modern.az