Bu gün Rusiya prezidenti Dmitri Medvedev və Ermənistan prezidenti Serj Sərkisyan arasında telefon söhbəti olub. Modern.az “Ria-novosti” agentliyinə istinadən xəbər verir ki, prezidentlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında yaranmış indiki vəziyyəti müzakirə ediblər.
Kremlin mətbuat xidmətinin məlumatında qeyd olunur ki, dövlət başçıları Rusiya prezidenti Dmitri Medvedevin Ermənistana ilk rəsmi səfərinin yekunlarını və Dağlıq Qarabağ münaqişəsinin həlli problemini diqqətdə saxlayıblar. Dmitri Medvedev telefon söhbəti zamanı bir daha bəyan edib ki, “Rusiya bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan və Ermənistan üçün qarşılıqlı məqbul siyasi qərarın axtarılıb tapılmasında yardım göstərməyə hazırdır”.
Modern.az