Modern.az

Türkiyə dünya çempionluğuna yaxınlaşdı

Türkiyə dünya çempionluğuna yaxınlaşdı

Təhsil

12 Sentyabr 2010, 22:01

İstanbulda keçirilən basketbol üzrə dünya çempionatının yarımfinal oyunları başa çatıb. Modern.az xəbər verir ki, sentyabrın 11-də  ABŞ - Litva görüşü keçirilib. Amerikalılar bütün oyunu üstünlüyü əldə saxlayaraq  89-74 hesabi ilə qələbə qazanıblar.

İkinci yarımfinal görüşü, Türkiyə - Serbiya matçı isə olduqca gərgin keçərək qalibi son saniyələrdə müəyyənləşdirib.

Oyunun sonuna 4 saniyə qalmış hesab 81-80 Serbiyanın xeyrinə olub.  Lakin topu oyuna daxil edən Türkiyə basketbolçuları bu saniyələrdən məharətlə yararlanıb hesabı dəyişə biliblər, 82-81.

Türkiyə-ABŞ final görüşü sabah oynanılacaq.  Baş nazir Rəcəb Tayyib Ərdoğan bəyan edib ki,   türklərin dünya çempionu olacağına inanır.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı