Modern.az

Qarabağda məktəblərin sayı artırılır - 52-yə çatacaq

Qarabağda məktəblərin sayı artırılır - 52-yə çatacaq

Təhsil

11 Sentyabr 2026, 10:46

Böyük Qayıdış çərçivəsində fəaliyyət göstərən məktəblərin sayı 52-yə çatacaq.

Modern.az xəbər verir ki, bunu Təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib.

O bildirib ki, ötən tədris ilində Böyük Qayıdış çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən təhsil müəssisələrinin sayı 37-yə çatdırılıb: "Yeni tədris ilindən bu ərazilərdə fəaliyyət göstərən təhsil müəssisələrinin sayının 52-yə çatdırılması nəzərdə tutulur.

Ölkənin digər ərazilərində də yeni təhsil müəssisələri şagirdlərin istifadəsinə veriləcək. Yeni tədris ilindən 43 yeni ümumi təhsil müəssisəsinin fəaliyyətə başlaması nəzərdə tutulur".

Eşqi Bağırov qeyd edib ki, son aylarda 1000 təhsil müəssisəsində təmir işləri aparılıb. Bu isə təxminən 550 min şagirdin təhsil mühitinin yaxşılaşdırılması deməkdir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Moskvada gərginlik - Ukraynadan ard-arda ağır zərbələr