Modern.az

Ukraynada 26 min hərbi cinayət işi açılıb

Ukraynada 26 min hərbi cinayət işi açılıb

Dünya

7 Avqust 2022, 20:22

Ukrayna müharibədə törədilmiş təxminən 26 min hərbi cinayət işini araşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun hərbi cinayətlər idarəsinin rəisi Yuri Bilousov məlumat verib.

 

Qeyd olunub ki, cinayət işləri çərçivəsində 135 nəfərə qarşı ittiham irəli sürülüb. İttiham olunanlardan təxminən 15-i Ukraynada həbs edilib.

 

"Bəzən bizdən soruşurlar ki, niyə belə aşağı rütbəli zabitləri mühakimə edirik. Sadəcə fiziki olaraq burada olduqları üçün... Generallar fiziki olaraq burada olsaydı və biz onları ələ keçirə bilsəydik, mütləq generalları mühakimə edərdik", - deyə Bilousov bildirib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
https://www.youtube.com/watch?v=BF6L1nRj5_E