“Ermənistanın Baş naziri KTMT-nin Ermənistanla Azərbaycan arasındakı vəziyyətlə bağlı işini daha çox fiasko kimi şərh edir”.
Modern.az xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.
“Bu, erməni tərəfinin nöqteyi-nəzəridir, vəziyyəti bu cür qiymətləndirmək erməni tərəfinin haqqıdır”, - Rusiya rəsmisi bildirib.
Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınının (KTMT) bugünkü zirvə toplantısında deyib ki, ermənilərin təşkilata ümidi doğrulmayıb, çünki KTMT indiyənə qədər “Azərbaycanın Ermənistana qarşı aqresssiyasına münasibət bildirməyib”.