Modern.az

Ukrayna ordusu Rusiyanın 14 gəmisini vurdu

Ukrayna ordusu Rusiyanın 14 gəmisini vurdu

Dünya

12 İyul 2026, 14:47

Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri Azov və Qara dənizlərində Rusiya Federasiyasına məxsus 14 gəminin vurulduğunu açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin "Telegram" kanalında yayımlanan açıqlamada bildirilib.

"İyulun 12-nə keçən gecə ⁠"Ptaxi Madyara" 414-cü əlahiddə briqadasının 9-cu "Kayros" taborunun, 1-ci əlahiddə mərkəzinin və "Nemesis" 412-ci briqadasının operatorları Azov dənizi akvatoriyasında 10 tankeri vurub. ⁠1-ci əlahiddə mərkəzin operatorları Azov dənizi akvatoriyasında gəmi vurub. ⁠"Reyd" 413-cü əlahiddə alayının operatorları Krım MR-nin Kerç şəhəri ərazisində üç gəmi vurub", – deyə məlumatda bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!