Modern.az

Venesuelada zəlzələlər: Ölənlərin sayı 4 333-ə çatıb

Venesuelada zəlzələlər: Ölənlərin sayı 4 333-ə çatıb

Dünya

12 İyul 2026, 09:20

Venesuelada baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 4 333 nəfərə yüksəlib, təxminən 17 min nəfər evsiz qalıb.

Modern.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Milli Assambleyanın sədri Xorxe Rodriqes məlumat verib.

Onun sözlərinə görə, həlak olan 315 şəxsin kimliyi hələ müəyyənləşdirilməyib.

Qeyd olunub ki, zərərçəkənlərin sayı dəyişməyib və 16 740 nəfər təşkil edir, həmçinin bununla yanaşı 6 462 nəfər xilas edilib.

X.Rodriqes əlavə edib ki, gələn həftədən etibarən zərərçəkənlərə mənzillərin paylanmasına başlanılacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...