Modern.az

Ərdoğan Rişi Sunakla Ukraynanı müzakirə etdi 

Ərdoğan Rişi Sunakla Ukraynanı müzakirə etdi 

Dünya

2 Dekabr 2022, 19:15

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Rişi Sunak arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Tərəflər ticarət və müdafiə sənayesi daxil olmaqla, iki ölkə arasında əlaqələri yaxşılaşdıracaq digər məsələləri müzakirə ediblər.

 

Ərdoğan Rusiya ilə Ukrayna arasında danışıqlar üçün zəminin tez bir zamanda yenidən qurulmasının bütün tərəflərin marağında olduğunu bildirib. O, həmçinin Kipr probleminin həlli üçün yeni və konkret addımların atılmasının vacibliyini vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Qarabağ və Zəngəzur möcüzəsi-Görün nələr var?