Modern.az

Ukraynaya ən çox hansı ölkələr yardım edib... - SİYAHI 

Ukraynaya ən çox hansı ölkələr yardım edib... - SİYAHI 

7 Yanvar 2023, 18:22

2022-ci ildə Ukrayna Qərb ölkələrindən rekord məbləğdə - 32,1 milyard dollar maliyyə dəstəyi alıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Milli Bankı məlumat yayıb.

 

Milli Bankın hesabatında qeyd olunub ki, Ukraynaya ən çox maliyyə yardımı aşağıdakı dövlət və qurumlar tərəfindən verilib:

 

ABŞ - 12 milyard dollar;

Avropa İttifaqı - 8 milyard dollar;

Beynəlxalq Valyuta Fondu - 2,7 milyard dollar;

Kanada - 1,9 milyard dollar;

Almaniya - 1,6 milyard dollar.

 

2022-ci ilin yekunlarına əsasən, Ukraynanın beynəlxalq ehtiyatları 7,9% azalıb. Dekabrda valyuta daxilolmaları hesabına ehtiyatlar ötən ilin noyabrı ilə müqayisədə 1,9% artıb. Hazırda Ukraynanın beynəlxalq ehtiyatlarının həcmi 28,5 milyard dollardır.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi