Modern.az

HDP seçkilərdə öz namizədi ilə iştirak edəcək 

HDP seçkilərdə öz namizədi ilə iştirak edəcək 

7 Yanvar 2023, 18:51

Türkiyədə əsasən kürd əsilli vətəndaşları təmsil edən Xalqların Demokratik Partiyası (HDP) prezident seçkilərində öz namizədləri ilə iştirak edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə partiyanın həmsədri Pərvin Buldan məlumat verib.

 

O, tezliklə namizədin açıqlanacağını bildirib. Qars şəhərindəndə çıxışı zamanı Buldan Millət və ya Cümhur İttifaqları ilə hər hansı ortaqlığın olmadığını deyib.

 

Xatırladaq ki, Türkiyədə parlament və prezident seçkilərinin bu ilin iyun ayında keçirilməsi gözlənilirdi. Lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərin vaxtının bir qədər əvvələ çəkilə biləcəyini açıqlayıb. O, bugünkü açıqlamasında deyib ki, seçkilər may ayında təşkil oluna bilər. 

 

6 partiyadan ibarət müxalifət qrupu hələlik namizədini açıqlamayıb, hakim partiyanın namizədi Rəcəb Tayyib Ərdoğandır.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi