Modern.az

KTMT təlimlər üçün yeni ölkə AXTARIŞINDA

KTMT təlimlər üçün yeni ölkə AXTARIŞINDA

Dünya

10 Yanvar 2023, 18:47

Ermənistan Müdafiə Nazirliyi KTMT-nin Birləşmiş Qərargahına ittifaqın "Sarsılmaz Qardaşlıq-2023" hərbi təlimlərinin ölkə ərazisində keçirilməsinin məqsədəuyğun olmadığı barədə məlumat təqdim edib.

 

Modern.az xəbər verir ki, bu barədə KTMT-nin Birgə Qərargahının mətbuat katibi Vladislav Şeqrikoviç məlumat verib.

 

O qeyd edib ki, KTMT təlimin digər ölkələrdə keçirilməsi imkanlarını araşdırır. 

 

“KTMT-nin Birgə Qərargahı hazırda təşkilatın digər üzv dövlətlərinin ərazisində təlimin keçirilməsinin mümkünlüyü ilə bağlı təkliflər hazırlayır və 2023-cü il üçün KTMT-nin kollektiv təhlükəsizlik sisteminin komanda və nəzarət orqanlarının, qüvvə və vasitələrinin birgə təlimi Planını dəqiqləşdirir", - Şeqrikoviç bildirib.

 

Yanvarın 1-də Rusiya Müdafiə Nazirliyi Ermənistanda KTMT-nin “Sarsılmaz qardaşlıq-2023” təlimləri keçiriləcəyini açıqlayıb . Bu gün, yanvarın 10-da Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, ölkə ərazisində təlimin keçirilməsi məqsədəuyğun hesab edilməyib.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Zelenski bəzi ərazilərin Rusiyada qalmasına razılaşdı