Modern.az

Təyyarə qəzası ilə bağlı son məlumat açıqlandı - RƏSMİ

Təyyarə qəzası ilə bağlı son məlumat açıqlandı - RƏSMİ

Dünya

15 Yanvar 2023, 16:49

Nepalın Pohkar hava limanı yaxınlığında baş verən təyyarə qəzasında ölənlərin sayı ilə bağlı son məlumat açıqlanıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Nepalın rəsmi qurumları məlumat yayıb.

 

Bildirilib ki, təyyarədə olan 68 sərnişin və 4 ekipaj üzvü olmaqla, 72 nəfərin hamısı həyatını itirib.

 

Qeyd edək ki, bundan əvvəl belə məlumat yayılsa da, sonradan qəza nəticəsində 68 nəfərin həlak olduğu, 2 nəfərin sağ qaldığı, daha 2 nəfərin taleyinin isə naməlum olduğu bildirilmişdi.

 

Hadisə ilə əlaqədar olaraq Nepalda matəm elan olunub.

Bu xəbər ilə bağlı
Təyyarə faciəsi: 72 nəfərin hamısı ölüb - YENİLƏNİB
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi