Modern.az

Türkiyə XİN-dən Nepala BAŞSAĞLIĞI

Türkiyə XİN-dən Nepala BAŞSAĞLIĞI

15 Yanvar 2023, 17:25

Türkiyənin Xarici İşlər Nazirliyi Pohkar şəhərində baş vermiş faciəvi təyyarə qəzası ilə bağlı Nepala başsağlığı verib.

 

Modern.az xəbər verir ki, başsağlığı mətni Türkiyə XİN-in rəsmi saytında yayımlanıb.

 

"Nepalda bu səhər baş verən təyyarə qəzası nəticəsində çox sayda insanın həyatını itirməsini böyük üzüntü ilə öyrəndik. Bu qəzada həlak olanların yaxınlarına və dost Nepal xalqına, hökumətinə başsağlığı veririk", - deyə bildirilib.

 

Qeyd edək ki, Nepalda 72 nəfəri daşıyan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində bütün sərnişinlər və ekipaj üzvləri həyatını itirib.

Bu xəbər ilə bağlı
Təyyarə qəzası ilə bağlı son məlumat açıqlandı - RƏSMİ
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi