Modern.az

Qəribə olay: Yumurtadan 4 ayaqlı cücə çıxdı - FOTO

Qəribə olay: Yumurtadan 4 ayaqlı cücə çıxdı - FOTO

Dünya

15 Yanvar 2023, 18:07

Türkiyədə yumurtadan 4 ayağı olan toyuq cücəsi çıxıb.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, maraqlı olay Kahramanmaraş vilayətinin Türkoğlu rayonundakı quşçuluq fermalarından birində baş verib.

 

Belə ki, yeni doğulan cücələrdən birinin yeriməkdə və qidalanmaqda çətinlik çəkdiyi müşahidə olunub və yoxlayanda onun 4 ayağı olduğu ortaya çıxıb.

 

Kahramanmaraş bələdiyyəsinin sahibsiz heyvanların reabilitasiyası ilə məşğul olan tibbi mərkəzinə müraciət olunub. Cücənin artıq ayaqlarının əməliyyatla çıxarılacağı bildirilib.

 

"Cücənin ayaqlarının artıq olması səbəbindən kürəyində ağırlıq var. Bu səbəbdən o, tarazlıq saxlaya bilmir və yeriməkdə çətinlik çəkir. Bu vəziyyət elmi ədəbiyyatda polimeliya kimi tanınır və on mindən bir halda müşahidə olunur", - deyə mərkəzin əməkdaşı məlumat verib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir