Modern.az

Hamı məsuliyyətini dərk etməlidir - Podolyakdan istefalara REAKSİYA

Hamı məsuliyyətini dərk etməlidir - Podolyakdan istefalara REAKSİYA

Dünya

24 Yanvar 2023, 13:10

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak son istefaları şərh edib.

 

Modern.az xəbər verir ki, o, tviter səhifəsində bu barədə yazıb.

 

"Zelenskinin qərarları dövlətin əsas prioritetlərini göstərir. "Kor gözlər" yoxdur. Müharibədə hamı məsuliyyətini dərk etməlidir. Prezident toplumu görür və eşidir. Və önəmli bir ictimai tələbə birbaşa cavab verir: Hər kəs üçün ədalət...", - deyə Podolyak qeyd edib.

 

Xatırladaq ki, bir neçə gün əvvəl Ukrayna prezidenti Volodimir Zelenskinin çıxışında və hakim "Xalqın Xidmətçisi" partiyasından verilən açıqlamalarda kadrlarla bağlı həlledici və konkret qərarların anonsu verilmişdi. Bundan sonra xeyli vəzifəli şəxs istefa verib.

Bu xəbər ilə bağlı
Ukraynada daha bir İSTEFA - müdafiə nazirinin müavini də getdi
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı