Modern.az

Akar Zakir Həsənovu şorbaya qonaq etdi

Akar Zakir Həsənovu şorbaya qonaq etdi

2 Fevral 2023, 15:04

Türkiyənin Qars şəhərində keçirilən "Qış-2023" hərbi təlimləri çərçivəsində Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında görüş olub.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Akar həmkarları ilə birgə xidmət bölüyünə baxış keçirib.

 

Səyyar soba və mətbəxi yoxlayan Akar həmkarlarını burada bişən çörək və şorbaya qonaq edib. Daha sonra nazirlər qış təchizatı ilə bağlı komando qüvvələrində yoxlanışlar həyata keçiriblər.

 

Hulusi Akar təlimlərin başa çatdığını elan edib və qürurlu olduğunu ifadə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi