Modern.az

Ukraynaya "Leopard 1" tankı bu tarixdə veriləcək

Ukraynaya

Dünya

11 Mart 2023, 21:19

"Leopard 1" tanklarının ilk partiyası bu ilin may ayının əvvəllində Ukraynaya təhvil veriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Danimarkanın müdafiə naziri Troels Lund Poulsen məlumat verib.

 

Poulsenin sözlərinə görə, "Leopard 1" tanklarının çatdırılması payıza yaxın başa çatacaq. Bu müddət ərzində ölkələr Ukraynaya 80-dən 90-a qədər "Leopard 1" tank verməyi planlaşdırır.

 

Qeyd edək ki, Danimarka, Niderland və Almaniya Ukraynaya 100-ə yaxın "Leopard 1" tankı verəcəyini bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir