Modern.az

Miqrantları daşıyan qayıq batdı - 5 ölü

Miqrantları daşıyan qayıq batdı - 5 ölü

Dünya

11 Mart 2023, 21:44

Türkiyənin cənub-qərb sahillərində miqrantların qanunsuz daşındığı qayıq batıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Posta" qəzeti yazıb.

 

Bildirilir ki, qayığın batması nəticəsində beş miqrant həlak olub. Türkiyənin Sahil Mühafizə Xidməti 11 nəfəri xilas etməyi bacarıb. Didim limanı yaxınlığında baş verən qəza zamanı qayıqda uşaqların da olduğu deyilir.

 

"Reuters" agentliyinin məlumatına görə, qayığın batması nəticəsində dənizə düşən 5 miqrant Yunanıstan tərəfindən xilas edilib. Qayıqda ümumilikdə 31 nəfərin olduğu qeyd edilir. Həm Türkiyə, həm də Yunanıstan sahil mühafizəsi axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü