Modern.az

ABŞ Qara dəniz üzərində uçuşları dayandırır?

ABŞ Qara dəniz üzərində uçuşları dayandırır?

Dünya

14 Mart 2023, 23:50

Rusiya qırıcısı ilə ABŞ-ın pilotsuz uçuş aparatının (PUA) toqquşmasından sonra ABŞ Qara dəniz üzərində uçuşlarını dayandırmayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Şurasının Ağ Evdəki strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

 

Onun sözlərinə görə, əgər bu insident rusların ABŞ-ı Qara dəniz üzərində beynəlxalq hava məkanında uçmaqdan çəkindirmək istədikləri barədə siqnal idisə, belə bir addım uğursuzluqla nəticələnəcək.

 

"Biz beynəlxalq sular üzərində beynəlxalq hava məkanında uçmağa və fəaliyyət göstərməyə davam edəcəyik. Qara dəniz heç bir ölkəyə aid deyil. Və biz dünyanın bu hissəsində milli təhlükəsizlik maraqlarımızı təmin etmək üçün lazım olanı etməyə davam edəcəyik", - Kirbi vurğulayıb.

 

Qeyd edək ki, CNN-in məlumatına görə, Rusiyanın iki Su-27 təyyarəsi Qara dəniz üzərində "Reaper" pilotsuz uçuş aparatının qarşısını kəsib. Qırıcılar PUA-nın üzərinə yanacaq tökərək pərvanəsini zədələyib, nəticədə aparat qəzaya uğrayıb.

Whatsapp
Bizə yazın!
Keçid et