Modern.az

İranlı terrorçular Pakistan hərbçilərinə hücum etdi - ÖLƏNLƏR VAR

İranlı terrorçular Pakistan hərbçilərinə hücum etdi - ÖLƏNLƏR VAR

Dünya

1 Aprel 2023, 16:20

İranla sərhəddə keşik çəkən Pakistan ordusunun hərbçiləri hücuma məruz qalıb.

Modern.az xəbər verir ki, bu barədə Pakistan ordusunun mətbuat xidməti məlumat yayıb.

"İran tərəfdən fəaliyyət göstərən bir qrup terrorçu Pakistan-İran sərhədində fəaliyyət göstərən Pakistan təhlükəsizlik qüvvələrinin sərhəd patruluna hücum edib", - ordunun açıqlamasında deyilir.

Hücum zamanı Pakistan sərhəd qoşunlarının 4 hərbçisi həlak olub. Qeyd edilib ki, Pakistan rəsmiləri gələcəkdə bu cür hadisələrin qarşısını almaq üçün İranla əlaqə saxlayır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)