Modern.az

Prezidentliyə namizədin uyğurlar haqda fikirləri etiraz doğurdu

Prezidentliyə namizədin uyğurlar haqda fikirləri etiraz doğurdu

Dünya

25 Aprel 2023, 17:55

Türkiyədə ATA İttifaqının prezidentliyə namizədi Sinan Oğanın uyğurların hüquqları barədə Çinyönümlü fikirləri tənqidlərə səbəb olub.

 

Modern.az xəbər verir ki, qazax əsilli jurnalist Nazgül Kenjetay Oğanın "Babala TV"nin qonağı olarkən səsləndirdiyi ifadələri şərh edib.

 

"Sinan Oğanın Şərqi Türkistanla bağlı "şişirtdikləri qədər zülm yoxdur" cümləsinin qaynağı məni maraqlandırır. Cənab Oğan, əcəba düşərgə zərərçəkmişləri ilə, illərdir ailələrinə bir dəfə zəng edə bilməyən insanlarla görüşdünüzmü? "Şişirdilmiş" olmaması üçün daha nə zülm çəkməlidir bu insanlar?", - deyə o tviter səhifəsində bildirib.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?