Modern.az

Rusiya Çin Konsulluğunu atəşə tutdu - FOTO

Rusiya Çin Konsulluğunu atəşə tutdu - FOTO

Dünya

20 İyul 2023, 16:42

Rusiyanın Odessanı atəşə tutması nəticəsində Çin Xalq Respublikasının Baş Konsulluğunun binasına ziyan dəyib.


Modern.az xəbər verir ki, bu barədə Odessa Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper məlumat yayıb.


"Təcavüzkarlar qəsdən liman infrastrukturuna zərbələr endirir, ətrafdakı inzibati və yaşayış binalarına, eləcə də Çin Xalq Respublikasının konsulluğuna ziyan dəyib. Bu, düşmənin heç nəyə fikir vermədiyini göstərir", - Kiper bildirib.


Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Nikolenko Oleq isə qeyd edib ki, XİN dəyən ziyanın müəyyən edilməsi və lazımi yardımın göstərilməsi üçün Çin Xalq Respublikasının səfirliyi ilə əlaqə saxlayır.

 

Qeyd edək ki, Çinin Baş Konsulluğunun binası Odessanın mərkəzində yerləşir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı