Modern.az

Polşa Belarusla sərhədə qoşun yeridir - “Vaqner” təhlükəsi

Polşa Belarusla sərhədə qoşun yeridir - “Vaqner” təhlükəsi

Dünya

21 İyul 2023, 12:36

Polşa Müdafiə Nazirliyi Belarusla sərhədə əlavə qoşun yerləşdirmək qərarına gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə Polşa təhlükəsizlik komitəsinin nümayəndəsi Zibqnev Hofman bildirib.

 

Onun sözlərinə görə, Belarus ordusu ilə “Vaqner” qruplaşmasının birgə təlimlər keçirməsi təxribatdır. Polşa bu səbəbdən sərhədə əlavə hərbi qüvvələr yerləşdirəcək.

 

Qeyd edək ki, Belarus Silahlı Qüvvələri “Vaqner” qruplaşması ilə birlikdə Polşa sərhədi yaxınlığında yerləşən Brest poliqonunda döyüş hazırlığı üzrə təlimlər keçirir. 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək