Modern.az

Polşa ilə Belarus arasında sərhəd qalmaqalı - YENİLƏNİB

Polşa ilə Belarus arasında sərhəd qalmaqalı - YENİLƏNİB

Dünya

3 Avqust 2023, 15:00

Avqustun 1-də Polşanın hava sərhədini pozan iki helikopter Belarus prezidenti Aleksandr Lukaşenkonun mühafizəçilərinə məxsusdur.

 

Modern.az xəbər verir ki, bunu Polşa hökumətinin keçmiş rəhbəri (1996-1997), Avropa Parlamentinin üzvü Vlodzimierz Çimoşeviç deyib.

 

“Bu helikopterlərin kimliyi müəyyən edilib. Onlar Lukaşenkonun mühafizəçilərinə məxsusdur. Lukaşenko həmin vaxt Polşa-Belarus sərhədindən 7 kilometr aralıda yerləşən Belovejskaya Puşça ərazisindəki iqamətgahına gəlib. Bu, qəsdən və ya təsadüfi baş vermiş hadisə ola bilər", - deyə Çimoşeviç əlavə edib.

 

***

Belarus Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anatoli Qlaz iddiaları təkzib edib. O, Belarus prezidentinin mühafizəçilərinin sərhədi pozması ilə bağlı sübut olmadığını deyib:

 

“Dünən bizim Xarici İşlər Nazirliyində Polşanın müvəqqəti işlər vəkilinə hər şey göstərildi. Obyektiv nəzarət məlumatlarına əsasən hər şey mümkün qədər ətraflı şəkildə ona izah edilib. Polşa ərazisinə giriş olmayıb. Sadəcə olaraq belə bir fakt yoxdur. Buna görə də Vlodzimierz Çimoşeviçin fərziyyələri reallığa uyğun gəlmir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?