Modern.az

ABŞ adından Xocalıda həlak olanların ailələrinə başsağlığı verirəm - SƏFİR

ABŞ adından Xocalıda həlak olanların ailələrinə başsağlığı verirəm - SƏFİR

Dünya

26 Fevral 2024, 10:56

“Bu gün biz azərbaycan xalqının kədərini paylaşaraq, 1992-ci ildə Xocalıda qətlə yetirilən yüzlərlə insanın xatirəsini yad edirik. Mən ABŞ-ın adından Xocalıda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm və Xocalıdan olan məcburi köçkünlərin kədərini bölüşürəm. Regionda sülh naminə çalışmaq və bu kimi faciələrin bir daha təkrarlanmamasını təmin etmək bizim borcumuzdur”.

 

Modern.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mark Libbi bildirib.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov