Modern.az

Almaniyada yol qəzası - 27 uşaq xəsarət aldı

Almaniyada yol qəzası - 27 uşaq xəsarət aldı

21 Aprel 2024, 19:03

Almaniyanın qərbindəki Olpe şəhəri yaxınlığında avtobusun aşması nəticəsində 27 məktəbli xəsarət alıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

 

Məlumatda bildirilir ki, avtobusda Marburqdan İngiltərəyə gedən əsasən 15-17 yaşlı məktəblilər olub. A45 şosesində avtobus qəfildən yoldan çıxaraq aşıb.

 

Dörd yeniyetmə ağır yaralanıb və xəstəxanaya aparılıb. Avtobus sürücüsü də yüngül xəsarətlər alıb. Qəzanın səbəbləri aydınlaşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri