Modern.az

Rusiyada təyyarə qəzası - 3 nəfər öldü 

Rusiyada təyyarə qəzası - 3 nəfər öldü 

Dünya

12 İyul 2024, 18:34

Rusiyada “Sukhoi Superjet 100” təyyarəsi qəzaya uğrayıb.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kolomna yaxınlığında baş verən qəzaya mühərrikin nasazlığı səbəb olub.

 

Təyyarənin göyərtəsində iki pilot və bir stüardessa olub. Qəza zamanı onların hamısı həlak olub.

 

Kolomnanın rəhbəri Aleksandr Qreçişçevin sözlərinə görə, təyyarə qəzasının dəqiq yeri Bolşoy Karasevo kəndi yaxınlığındakı meşə olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada