Modern.az

Bu Avropa ölkəsi İranın azərbaycanlı prezidentini TƏBRİK ETDİ

Bu Avropa ölkəsi İranın azərbaycanlı prezidentini TƏBRİK ETDİ

19 İyul 2024, 16:00

Macarıstan prezidenti Tamaş Şuyok Məsud Pezeşkianın İranın 9-cu prezidenti seçilməsi münasibətilə təbrik edib.

Modern.az İran KİV-nə istinadən xəbər verir ki, Tamaş Şuyok iki ölkə arasında uzun müddətdir mövcud olan yaxşı münasibətlərdən məmnunluğunu ifadə edib.

"İran İslam Respublikasının prezidenti seçilməyinizlə bağlı ən xoş arzularımı bildirməyə icazə verin", - Tamaş Şuyok bildirib.

"Xalqlarımız arasında çoxəsrlik əməkdaşlığı yüksək qiymətləndirirəm. Mən şadam ki, ölkələrimiz arasında bir çox sahələrdə, xüsusən də mədəniyyət və təhsil sahəsində əlaqələr daim inkişaf edir.

Sizə möhkəm cansağlığı və məsuliyyətli işinizdə uğurlar arzulayıram”, - deyə o əlavə edib.

Məsud Pezeşkian iyulun 30-da İranın yeni prezidenti kimi and içəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri