Modern.az

Mahmud Abbas Türkiyəyə səfər edəcək

Mahmud Abbas Türkiyəyə səfər edəcək

Dünya

12 Avqust 2024, 14:33

Fələstin prezidenti Mahmud Abbas avqustun 14-15-də Türkiyəyə səfər edəcək.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan 5 aylıq fasilədən sonra Abbasla görüşəcək.

 

Ərdoğan-Abbas görüşündə Qəzzada humanitar böhran və atəşkəs axtarışları gündəmdə olacaq. Regionda artan gərginlik, xüsusilə İran-İsrail gərginliyi də müzakirə olunacaq.

 

Mahmud Abbas avqustun 15-də Türkiyə Böyük Millət Məclisində olacaq. O, saat 15.00-da başlayacaq iclasda çıxış edəcək. Sessiyaya parlamentin sədri Numan Kurtulmuş sədrlik edəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
PUTİN RAZILAŞDI, UKRAYNA ÖZ TƏKLİFİNDƏN İMTİNA ETDİ