Modern.az

"Kurskda 28 yaşayış məntəqəsi Ukraynanın nəzarətindədir"

"Kurskda 28 yaşayış məntəqəsi Ukraynanın nəzarətindədir"

Dünya

12 Avqust 2024, 16:23

Rusiyanın Kursk vilayətində Ukraynanın nəzarətində olan 28 yaşayış məntəqəsi var.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bunu qubernator vəzifəsini icra edən Aleksey Smirnov bildirib.

 

O əlavə edib ki, orada 2 minə yaxın insan yaşayır. Smirnovun sözlərinə görə, Ukrayna qüvvələrinin bölgəyə nüfuz etmə dərinliyi 12 km, eni 40 km-dir.

 

Qeyd olunub ki, Kursk vilayətində 180 min insan təxliyə olunmalıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
PUTİN RAZILAŞDI, UKRAYNA ÖZ TƏKLİFİNDƏN İMTİNA ETDİ