Modern.az

Təhsil Nazirliyindən hamilə şagird barədə AÇIQLAMA

Təhsil Nazirliyindən hamilə şagird barədə AÇIQLAMA

Current

13 May 2016, 17:23

“Şamaxı rayon Təhsil Şöbəsinin müdiri məlum hadisəyə görə hələ Təhsil Nazirliyinə çağırılmayıb”. Bu sözləri Modern.az-a açıqlamasında Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib. O qeyd edib ki, istintaq aparılır və indiki mərhələdə nəsə demək çətindir.

“Araşdırma aparılsın, ondan sonra bu haqda məlumat veriləcək”.

Şamaxı Rayon Təhsil Şöbəsi isə Modern.az-a bildirib ki, adı mətbuatda hallanan, şərti adı A. olan qız Pirbəhli kənd  9 illik kənd ümumi orta  məktəbindən 2015-ci ildə məzun olub.  O, Şamaxı rayonunun ümumi təhsil müəssisələrinin heç birində təhsilini davam etdirmir.

Bu hadisədə adı çəkilən Pirbəhli kənd  ümumi orta məktəbinin müəllimi Elnur İbrahimovla bağlı Şamaxı Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, o, 2016-cı il aprelin 1-dən üzrlü səbəb olmadan pedaqoji fəaliyyətinə ara verib. Bu səbəbdən cari ilin may ayının 3-dən məktəbin Pedaqoji Şurasının qərarı ilə Əmək Məcəlləsinin 70- ci maddəsinin “Ç” bəndinə əsasən Elnur İbrahimovla bağlanan əmək müqaviləsinə xitam verilib.

Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, yayılan məlumatlara görə, Şamaxı rayonunun Pirbəhli kənd məktəbinin 9-cu sinif şagirdi öz müəllimi İbrahimov Elnur Həsənağa oğlundan hamilə qalıb, onun hamiləliyin artıq 7-ci ayında olduğu bildirilir.

Qeyd olunur ki, məktəblinin valideynləri dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsələr də, cinayətin açılmasına maneçilik törədilib.

Belə ki, müəllimin səyi nəticəsində Şamaxı rayon məhkəmə tibb eksperti Məmməd Abdulrahibovun 7 aylıq hamilə olan qıza bakirəliyi haqda rəy verib.

Şamaxı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə iş başlanılıb və hazırda araşdırmalar davam etdirilir.

Aytən ZƏHRA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı