Modern.az

Ayaz Mütəllibov Yaqub Məmmədovla görüşmək istəmir 

Ayaz Mütəllibov Yaqub Məmmədovla görüşmək istəmir 

Актуально

25 May 2016, 12:21

“Azərbaycana qayıtdığım gündən bəri vaxtilə parlamentin sədri olmuş Yaqub Məmmədovla görüşməmişəm. Nə o, məni axtarıb, nə də mən onu”.

Bu sözləri Modern.az-a açıqlamasında eks-prezident Ayaz Mütəllibov deyib.

Ayaz Mütəllibov sonuncu dəfə nə vaxt görüşdüklərindən də danışıb. 

“Yaqub Məmmədovla təmasım 1992-ci ildə olub. Həmin vaxt mən Moskvaya getməli oldum. Moskvada olduğum müddətdə belə, telefon danışığımız olmayıb. Bakıya qayıdandan sonra da  heç bir formada əlaqəm olmayıb. Düşünürəm ki, bir araya gəlib görüşməyimizə ehtiyac yoxdur”.

Qeyd edək ki, Yaqub Məmmədov 1992-ci ildə Ali Sovetin sədri vəzifəsində olub.

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı