Modern.az

Kremldən Sankt-Peterburq danışıqlarına dair AÇIQLAMA

Kremldən Sankt-Peterburq danışıqlarına dair AÇIQLAMA

Güncel

20 İyun 2016, 15:01

Rusiya Dağlıq Qarabağ münaqişəsində aktiv hərbi əməliyyatların başlanmaması və əldə olumuş razılıqların itirilməməsinə çalışır.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlamasında deyib.

 

“İndi əsas vəzifə hərbi əməliyyatların bərpa olunmasından sığortalanmaq və Qarabağla bağlı əldə olumuş razılıqlarının itirilməməsindən ibartədir” - Peskov bildirib.

 

Rusiya prezidentinin köməkçisi danışıqların çətin keçəcəyini deyib.

 

Peskovun sözlərinə görə, Putin əvvəlcə Ermənistan prezidenti Serj Sərkisyanla ayrıca görüşəcək, daha sonra Azərbaycan prezidenti İlham Əliyevlə görüş keçirəcək.

 

“Prezident Putinin prezidentlərlə ayrıca söhbət olacaq və daha sonra üçtərəfli formatda işgüzar səhər yeməyi təşkil ediləcək”- deyə Peskov bildirib.

 

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı