Bu gün “Avro-2016”nın F qrupunda üçüncü turun oyunları keçirilib. Modern.az saytı xəbər verir ki, günün ilk oyununda Macarıstan və Portuqaliya komandaları üz-üzə gəlib. Oyunun 19-cu dəqiqəsində macar futbolçu Zoltan Gera hesabı açıb. Amma 42-ci dəqiqədə Portuqaliya təmsilçisi Nani hesabı bərabərləşdirib. Dzustsak 47-ci dəqiqədə vurduğu qolla macarların hesab fərqini artırıb. Ronaldo isə 50-ci dəqiqədə hesabı yenidən bərabərləşdirib. Bundan sonra azarkeşlər daha iki qol görüb. Belə ki, oyunun 55-ci dəqiqəsində Macarıstanın futbolçusu Dzustsak özünün 2-ci, komandasının isə 3-cü qolunu vurub. Oyunun 62-ci dəqiqəsində isə Ronaldo hesabı yenidən bərabərləşdirib. Beləliklə, Macarıstan yığması növbəti mərhələyə qrup birincisi kimi çıxıb.
Portuqaliya komandasının qrupda yerini isə Avstriya və İslandiya komandalarının görüşü müəyyən edib. Belə ki, İslandiya futbolçusu Taustason oyunun 90+5-ci dəqiqəsində vurduğu qolla 2:1 hesablı qələbə qazandırıb. Bununla da İslandiya qrup 2–cisi Portuqaliya komandası isə qrup 3-cüsü kimi növbəti mərhələyə vəsiqə qazanıb.
Modern.az