Modern.az

Ukrayna prezidenti bu gün Bakıya gəlir

Ukrayna prezidenti bu gün Bakıya gəlir

Aktual

13 İyul 2016, 10:29

Ukrayna prezidenti Pyotr Poroşenko bu gün Bakıya gəlir.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Poroşenkonun təyyarəsi artıq Bakı istiqamətində uçmağa başlayıb.

Ukrayna prezidenti 2 günlük səfərində Bakıda dövlət başçısı İlham Əliyevlə görüşəcək. Səfərdə əsas məqsəd Ukrayna və Azərbaycan Prezidentləri Şurasının beşinci iclasını keçirməkdir.

Prezidenlər Şurasının iclasında iki ölkə arasında sahələrdə əməkdaşlığın gücləndirilməsinə istiqamətlənmiş iki tərəfli sazişlərin imzalanacağı gözlənilir.

Səfərin proqramına görə, Poroşenko İlham Əliyevlə yanaşı, baş nazir Artur Rasi-zadə və Milli məclsiin sədri Oqtay Əsədovla da görüşəcək.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı