Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilir. Modern.az saytı xəbər verir ki, təmsilçimiz "Kəpəz" səfərdə Avstriyanın "Admira" klubu ilə qarşılaşıb. Oyunda yeganə qolu 41-ci dəqiqədə avstriyalı futbolçu vurub. Beləliklə də “Kəpəz” yaşıl meydanı 1:0 hesablı məğlubiyyətlə tərk edib.
Cavab görüşü iyulun 20-də Bakıda keçiriləcək.
Modern.az