Modern.az

Sabiq polis rəisinin oğlunun ölümü barədə rəsmi AÇIQLAMA

Sabiq polis rəisinin oğlunun ölümü barədə rəsmi AÇIQLAMA

Current

5 Avqust 2016, 11:49

Daxili İşlər Nazirliyi (DİN) sabiq polis rəisi Möhübbət Hüseynovun oğlunun törətdiyi qəza ilə bağlı məlumat yayıb.

 Nazirliyin mətbuat xidmətindən  Modern.az-a verilən məlumata görə, avqustun 4-də saat 19 radələrində İmişli rayonunun Allahmədətli kəndində Bakı şəhər sakini Anar Hüseynov idarə etdiyi “Range Rover” markalı avtomobili aşırıb. Xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.
 

Faktla bağlı İmişli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Qeyd edək ki, qəza nəticəsində ölən Anar Hüseynov sabiq polis rəisi, polis polkovniki Möhübbət Hüseynovun oğludur.  

 

Ağa AKİFOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı