Modern.az

Sabah Maştağa və Buzovna qəsəbələrində su problemi olacaq

Sabah Maştağa və Buzovna qəsəbələrində su problemi olacaq

Aktual

11 Avqust 2016, 18:44

Xəzər rayonunun Buzovna qəsəbəsində içməli suyun verilməsində problem yaranacaq.

 

 

"Azərsu" ASC-ninİctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, bu, həmin qəsəbənin Təmənis yaşayış massivinin içməli su təchizatının yaxşılaşdırılması layihəsi çərçivəsində yeni çəkilmiş magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədardır.

 

 

Belə ki, sabah gün ərzində Maştağa və Buzovna qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 

 

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.

 

 

Modern.az

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı