Modern.az

Rusiya Ermənistan mallarını ərazisinə buraxmır

Rusiya Ermənistan mallarını ərazisinə buraxmır

Dünya

25 May 2026, 15:26

Ermənistandan Rusiyaya ixrac edilən çiyələk partiyası Baqrataşen sərhəd-keçid məntəqəsi vasitəsilə geri qaytarılıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan parlamentindəki “Ermənistan” fraksiyasının deputatı Qarnik Danielyan məlumat verib.

Deputatın sözlərinə görə, məhsulun geri qaytarılması erməni yük maşını sürücüləri və sahibkarlar arasında ciddi narahatlıq yaradıb.

Danielyan bildirib ki, fitosanitar xidmət ixracı məhsulda normadan artıq və icazə verilməyən maddənin aşkarlanması səbəbindən qadağan edib.

Xatırladaq ki, bundan əvvəl də Rusiya Ermənistandan idxal olunan bəzi məhsullara məhdudiyyətlər tətbiq edib. “Rospotrebnadzor” yoxlamalar zamanı pozuntular aşkar edildiyi üçün Ermənistan istehsalı olan bəzi alkoqollu içkilərin satışını dayandırmışdı.

Bundan əlavə, “Rosselxoznadzor” Ermənistandan gül idxalına müvəqqəti məhdudiyyət qoyulduğunu, həmçinin “Cermuk” mineral suyunun bütün partiyalarının idxalının dayandırıldığını açıqlamışdı.

 

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...